image-a58078c8-27ec-38d3-b1d1-2da5675362e8_850backend

Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək

image-reklam_sirab_01

İsrail hakimiyyəti ötən həftənin cümə günündən “İslami Cihad” qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.

Bu barədə bazar günü axşam İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.

“Milli informasiya və təbliğat departamentinin rəhbəri təsdiq edir ki, atəşkəs bu gecə saat 23:30-da qüvvəyə minəcək”, – məlumatda deyilir.

Bununla beə, vurğulanır ki, İsrail Qəzzada atəşkəsin pozulması halında güc tətbiq etmək hüququnu özündə saxlayır. Tel-Əviv Qəzza zolağında “İslami Cihad”la atəşkəs razılaşması əldə etmək səylərinə görə Misirə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki