image-modern-az_hucum_315backend

QIRĞIZ-TACİK QARŞIDURMASI. TURAN, ARİYANAYA QARŞI

image-reklam_sirab_01

Həmid Herişçi

ABŞ, Fransa liberallarının tam məxfi futuristik layihələrində farsdilli coğrafiya-Tacikistan, İran , Əfqanıstan ərazisi ağ rəngə boyadılaraq “ARİYANA”, yəni ariyalıların xəyali ölkəsi kimi tanınır. İran, Əfqanistan, Tacikistanın millətçiləri bu layihədə birləşdirilərək türk xalqlarına, Turana qarşı qoyulur. İranda bu layihənin vacib gizli halqaları “Həsən Ruhani+Cavad Zərif” tandemi, Ölkə Xarici İşlər Nazirliyi, “Tondar” adlı tam məxfi terror qrupu, ölkənin liberal düşərgəsidir.
Mayın 1-dən NATO qüvvələri bu xəyali Ariyananın Əfqanistan hissəsindən çıxarılır. Bu hərbi köçün elə ilk günlərində Ariyana Turan sərhəddində,Tacik-qırğız sınırında atışma başladı .Qırğız tərfdə artıq 13 qurban var.
Beləliklə, həm ARİYANA, həm TURAN layihəsi “Şahnamə”də olduğu kimi, qarşıdurmaya start verdi.
Qərb liberalları, ABŞ demokratları ARİYANA tərəfdarıdır, Britaniya, Yaponiya, Cənubi Koreya, Pakistan isə, TURAN tərəfdarı.
Mövzunu izləyək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image