Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstan açıq dəstək vermişdir.
İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşliq inkişaf etməkdədir. İki ölkənin gələcək yol xəritəsinin istiqamətləri olan bu çıxışında Qırğızıstan Azərbaycanın nəqliyyat infrastruktur sahəsində əldə etdiyi nailiyyətlərə, uğurlara, onun beynəlxalq əhəmiyyəti haqqında önəmli fikirlər də səsləndirmişdi.. Qürurla deməliyik ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsində ölkəmizdə yüklərin bütün istiqamətlərə həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Yol nəqliyyat infrastruktur layihələri həm də insanları mənzil başına çatdıran, könülləri birləşdirən dostları qovuşduran vasitədir. Sözsüz ki, Azərbaycanla Qırğızıstan arasında imzalanmış bu sənədlər qardaş və dost ölkə kimi Qırğızıstanın da bu imkanlardan istifadə etməsinə geniş imkan yaradır.
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir
Bir mənalı olaraq ölkələrimizin bütün sahələr üzrə sürətlə və sıx əməkdaşlığl həm də bütövlükdə Türk Dövlətlər Təşkilatının daha da güclənməsinə xalqlarımız arasında inteqrasiya prosesinə də öz töhfəsini verəcəkdir. Ortaq tariximiz, mədəni irsimiz, dilimiz, dinimiz, adət və ənənələrimiz, eyni kökə və eyni etnosa mənsub olmamız bu əlaqələri daha möhkəm edəcəkdir. Məhz Azərbaycanın qədim Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün qardaş Qırğızıstan tərəfindən dəstəklənməsi də bu zərurətdən qaynaqlanır. Bunuda qeyd etmək lazımdir ki ,imzalanmış bütün sənədlər xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələrini daha da möhkəm edəcəkdir.
Əhmədova Cavahir, YAP-ın üzvü


























