image-0f0eec93-118e-38a5-a840-1499d30e5aba_850backend

Qırğızıstanda şənlik mərasimində 58 nəfər zəhərlənib

image-reklam_sirab_01

Qırğızıstanın Batken vilayətinin Kadamjay şəhərində ictimai iaşə obyektlərindən birində baş verən kütləvi mərasimdən sonra 50-dən çox insan tibbi yardıma müraciət edib.

Bu barədə TASS-a respublikanın Xəstəliklərin Profilaktikası və Dövlət Sanitariya-Epidemioloji Nəzarət Departamentindən məlumat verilib.

“İlkin məlumatlara görə, Kadamjayda qidadan zəhərlənmə nəticəsində ümumilikdə 58 nəfər zərər çəkib”, – qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qohumların şəhərdəki kafelərdən birində keçirilən mərasimindən sonra ikisi uşaq olmaqla, 6 nəfər xəstəxanaya yerləşdirilib. “Onların vəziyyəti orta ağır qiymətləndirilir”, – departamentdən qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki