Tanınmış müğənni Aysel Əlizadə sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.
Veteninfo.az xəbər verir ki, hazırda Türkiyədə olan müğənni yeni fotolar paylaşaraq şərh yazıb. Aysel xüsusilə dostluq münasibətlərindən yazıb:
“Bu həyatda hər kəs öz yolunu gedir, öz yarışını oynayır zamanında. Hər şey çox tərəfli və bir mənalı deyil. Fərq zamandadır. Dərindən düşünsək, bu dünyada hər hadisənin öz saat qurşağı var. Dostlarınız sizdən öndə ola bilər. Kimisi isə çox geridə qala bilər. Bu çox təbiidir. Hər insanın bu saat qurşağında öz distansiyası var! Qısqanmaq, paxıllıq etmək, müqayisə etmək lazım deyil”.