image-82backend

Qlobal Bakı Forumu dünyanın mühüm beynəlxalq platformalarından birinə çevrilib

image-reklam_sirab_01

Türkiyənin “Haber Global” televizisiyası Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Bakıda keçirilən Qlobal Forumdan geniş reportaj yayımlayıb.

Veteninfo.az xəbər verir ki, reportajda formunun dünyanın beynəlxalq platformalarından birinə çevrildiyi və bu il səkkizinci dəfə təşkil olunduğu bildirilib.

Qeyd olunub ki, qırx ölkənin hazırkı və keçmiş prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, tanınmış dövlət xadimləri Bakıda görüşür. Vurğulanıb ki, Bakı forumunda dünyanın həlli təxirə salınmaz və önəmli mövzuları müzakirə edilir.

“COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunan builki tədbirdə 40 ölkədən aralarında hazırkı və keçmiş prezidentlərin, baş nazirlərin, dövlət xadimlərinin olduğu təxminən 300 siyasətçi, politoloq, ictimai xadimlər iştirak edir: “Onların arasında Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko, Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa, İsrailin keçmiş baş naziri Ehud Barak, İtaliya keçmiş baş naziri Mateo Renzi və başqaları var.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi forumu dünyanın dörd bir yanından Bakıya gələn jurnalistlər izləyirlər”.

Həmçinin qeyd olunub ki, üç gün davam edəcək forum beynalxalq müstəvidəki ən önəmli platformlardan biri hesab edilir: “Mövzu pandemiya ilə bağlı olsa da, Qafqaz və Balkanlardakı təhlükəsizlik problemləri də əsas müzakirə mövzularından biridir. Eyni zamanda, dünya iqtisadiyyatı, Cənubi Qafqaz, regional inkişaf və əməkdaşlıq məsələləri də forumda diqqət mərkəzində saxlanılır. İlk dəfə 2013-cü ildə Birinci Cənubi Qafqaz forumu adı altında baş tutan forum 2015-ci ildən bu yana beynəlxalq səviyyədə həyata keçirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki