image-img1658209backend

Qondarma “erməni soyqırımı” iddiası tarixi həqiqətdən uzaqdır.

image-reklam_sirab_01

Hər il olduğu kimi bu il də dünya erməniləri və onları dəstəkləyənlər aprelin 24-də tarixdə olmayan və erməni yalanları əsasında gündəmə gətirilən qondarma “soyqırımı”nı qeyd etdi.

Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi olub. Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar. Məqam düşəndə də qırğınları törədən xain, nankor daşnaklar olublar. Ermənilərin Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları bu gün tarixi faktlar, sənədlər də sübut edir.
– Həmin sənədlərdə 31 Mart Azərbaycanlıların soyqırımı məsələsi də öz əksini geniş tapır…
1918-ci ilin mart soyqırımının kökü Bakı ilə bağlı deyildi. Regionda Birinci Dünya müharibəsində iştirak edən hər bir dövlətin öz marağı olub. Əsas məqsəd Osmanlı dövlətini parçalamaq və ərazisində bir erməni dövləti qurmaq idi. XIX əsrin 90-cı illərində ermənilər “böyük Ermənistan” deyilən bir ideyanı inkişaf etdirmək üçün Daşnaksütyun partiyasını yaratdılar. Daşnak-ermənilər bütün türk-müsəlman əhalisini məhv etməyi qarşılarına məqsəd qoymuşdular və bunu Osmanlı ərazisində həyata keçirirdilər. Həmin dönəmdə müharibədə zəif düşən Osmanlı dövləti  dağınıq qüvvələrini birləşdirərək hərbi gücünü möhkəmləndirməyi bacardı. Nəticədə, ərazidə yaşayan silahlı ermənilər, o cümlədən Avropadan və Rusiyadan gələn silahlı ermənilər Türkiyə ərazisini tərk etməyə başladılar. Onların bir hissəsi Qərbi, bir hissəsi Cənubi, bir hissəsi Şimali Azərbaycana  gəldilər. Osmanlıda öz maraqlarını təmin edə bilməyən ermənilər 1918-ci ildə  bu ərazilərdə soyqırımı törətdilər. ABŞ prezidentinin “soyqırımı” ifadəsi qətiyyən qəbuledilməzdir. Bayden 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir. ABŞ Prezidentinin uydurma soyqırımı tanımasının Türkiyə üçün heç bir tarixi, hüquqi nəticə doğrultmuyub: “Çünki bu tanımanın heç bir əsası yoxdur. Sadəcə, bu, Türkiyə və ABŞ, həm də NATO üzvü olan iki ölkə arasında münasibətlərin soyumasına gətirib çıxaracaq.

 

 

Nəsimi rayon sakini

Bəhruz Xudiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki