image-1619339175_whatsapp-image-2021-03-17-at-14-37-45backend

“Qondarma “erməni soyqırımı” iddiasının dəstəklənməsində məqsəd Türkiyə və Azərbaycana təzyiq göstərməkdir”

image-reklam_sirab_01

Məşhur Məmmədov: “Zaman bu iddia və yanaşmanın nə qədər yanlış olduğunu göstərəcək”

“ABŞ Prezidenti Co Baydenin 1915- ci il hadisələrindən 106 il sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi istər-istəməz bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir”.

Bu sözləri Milli Məclisin deputatı Məşhur Məmmədov  Moderator.az ABŞ prezidentinin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: “Gözlənilən ədalətsizlik baş verdi. Təəssüf ki, ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib”, – deyən deputat qeyd etdi ki, tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə, türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib. M.Məmmədov xatırladıb ki,  Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı guya “soyqırım” törədib. Bu fikri qəbul etməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var: “Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib. Bu, bir həqiqətdir ki, dünya dövlətləri “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına qəbulunun qarşısının alınmasında bir vasitə kimi istifadə edirlər. Əslində, Türkiyə kimi güclü, demokratik dəyərlərə sadiq bir dövlətin Avropa Birliyində təmsil olunması qurumun özü üçün böyük şərəf olardı. Türkiyənin bu gücünü həzm etməyən dövlətlər məhz onun Avropa Birliyinə qəbulunun qarşısını almağın yolunu belə qondarma iddiaları müdafiə etməkdə görürlər. Qeyd etdiyimiz kimi, əgər məqsəd tarixi həqiqətləri ortaya çıxarmaqdırsa, yalanı deyil, reallıqları müdafiə etmək lazımdır”.

Millət vəkili qeyd edib ki, uydurma “erməni soyqırımı” iddiasının gündəmə gətirilməsi Türkiyə və Azərbaycana təzyiq məqsədi daşıyır: “İnanmaq istərdik ki, özünü “demokratiya beşiyi” adlandıran ABŞ Ermənistanı  1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa razı salacaq, o zaman “soyqırım” kəlməsini işlətməklə Bayden nə qədər yanlış addım atdığına özü də şahid olacaq.  Azərbaycan hər zamankı kimi Türkiyənin yanındadır.  Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan “erməni soyqırımı” uydurması yalan, məkrli siyasətə xidmət edir. Bəzi supergüclər tərəfindən həyata keçirilən bu çirkin siyasətin əsas səbəbi ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, bu iki qardaş ölkəyə təzyiq göstərmək, müxətlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin işğalçılıq əməllərinə göz yummaqdır.

Sonda deputat bir daha qeyd etdi ki, erməni lobbisinin təsiri, bəlkə də təzyiqi altında işlənən “soyqırım” ittihamını düzgün yanaşma hesab etmirik: “Tarixi dəyişmək olmaz. Ədalətin bərqərar olunması üçün zaman lazımdır. Biz o zamanı gözləyək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki