image-1backend

Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib

image-reklam_sirab_01

Həkim baxışı və məsləhəti olmadan uşaqlara hər hansı dərman, yaxud antibiotik verilməsi tamamilə yanlışdır.

Vətəninfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, antibiotiklərin kifayət qədər yan təsirləri var və ağırlaşmalar baş verə bilər: “Odur ki, antibiotik istifadəsi yalnız həkimin göstərişi ilə tətbiq edildikdə effektiv təsir göstərə bilər”.

İnfeksionist məktəb və bağça yaşlı övladı olan valideynlərə çağırış edək qrip əleyhinə vaksinasiyaya vaxtında qoşulmağı tövsiyə edib: “Nəzərə almaq lazımdır ki, kütləvi qapalı yerlərdə uşaqlar yaxın məsafədə ünsiyyətdə olurlar və hava-damcı yolu ilə kəskin respirator infeksiyalara yoluxma sürətlə gedir. Yoluxma riski yüksək olduğundan vaxtında peyvənd olunmaq lazımdır”.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image