image-photo-2021-10-20-15-53-52backend

Qubadlı şəhəri 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olundu.

image-reklam_sirab_01

Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində yerləşir. İqlimi əsasən mülayim isti və quru subtropikdir. Ermənilərin işğal etməsində qabaqkı son illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibində yer alan Qubadlı rayonu təbii ehtiyatlar cəhətdən Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynacaqdır. Bir hektara yaxın ərazidə 82 ədəd müxtəlif yaşlı, əsasən 50-60 illik ağaclar, diametri 70-80 sm-ə çatan tut ağacları məhv edilib. Tut ağacları Həkəri çayı boyunca qırılıb, tut bağları yandırılaraq dağıdılıb. Bəzi kəndlərdə 500-ə qədər tut ağacı məhv edilib.

Yaşı 1500 olan qiymətli ağaclar – Şərq çinarı, Yunan qozu, Araz palıdı kimi nadir ağaclar kəsilib. 107 hektarı əhatə edən Bəsitçay dövlət qoruğunun ərazisində yaşı min illər olan ağaclar yandırılıb, qırılıb. Ermənistan işğal müddətində 228 min hektar meşə ilə örtülü ərazilərin 54 min hektarını məhv edib. Bu ərazilərdə dəfələrlə yanğınlar törədilib. 30 ilə yaxın müddət ərzində Ermənistan işğal etdiyi bu ərazilərdə ekoloji terror törədib, yaşı yüz illər olan nadir ağacları məhv edib.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlub edilməsi ilə nəticələndi.Vətən müharibəsi zamanı  ordumuz tərəfindən  düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ermənistan ordusu darmadağın edildi. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Prezidentimiz İlham Əliyev demişdir ki Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi: “Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi. Qubadlı şəhərindən əsər-əlamət qalmamışdı, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılmışdı. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir”. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olublar.

Yol boyunca Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva dağıdılmış evləri, lentə alarkən İlham Əliyev bəzi şərhlər verib. O vurğulayıb ki, hamı öz torpaqlarına qayıdacaq. Hərbi hissələr tikiblər ki, ərazilərimizi işğalda saxlasınlar. Qovduq onları. Torpaqların sahibləri qayıdır. 30 illik bir müddətdən sonra zəfər çalaraq qaytarılmış bu bölgəyə həyat tam qayıdacaq.

Mən də bu gün fəxr edirəm ki, müstəqil və qüdrətli, bütün dünyada tanınan, bütün dünyaya səs salan Azərbaycan Respublikasının müstəqil vətəndaşıyam. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqil Respublikamızla fəxr etməlidir.30 il işğal olunmuş torpaqlarımızın həsrətini çəkdik.Səbrlə və dözümlə o günü gözləyirdik.30 ildən sonra işğalda olan torpaqlarımızı geri aldıq.Qarabağımız artıq dirçəlməyə doğru gedəcək.

 

Azərbaycan Dillər Universiteti

Humay Muradova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki