image-reklam-veteninfo
image-1460409502_mina1backend

Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub

image-reklam-veteninfo

Aprelin 22-də Qubadlı rayonunun Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.

Veteninfo.az-ın Qərb bürosunun məlumatına görə, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb.

Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki