image-photo-2021-10-20-15-53-47backend

Qubadlının işğaldan azad olunması

image-reklam_sirab_01

Azərbaycanın gözəl güşələrindən biridə Qubadlı şəhəridir. Qubadlının adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır. Tarixi mənbələrdə Qarabağ xanı İbrahimxəlil xan 1823- cü ildə kəndə məxsus torpaq sahəsini pulla satın almış, qardaşı Mehdiquluxana bağışlamışdır. Tarixdə Qubadlı rayonu Bərgüşad mahalı kimi tanınmışdır. ⅩⅤⅢ əsrin  ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin, Qaradağ xanlığının ərazisinə tabe edilmişdir. Bir vaxtlar Qubadlı, Laçın, Kəlbəcər rayonlarında “Qırmızı Kürdüstan” adında müxtariyyət təşkil olunmuşdur və burada da, məqsəd Azərbaycan torpaqlarını Ermənistan ərazisinə qatmaq idi. Lakin Əlyanlı kəndinin sakinlərinin fədəkar mübarizəsi nəticəsində Qarabağın Ermənistana verilməməsi və Azərbaycan Respublikasının tabeçiliyində saxlanılması məsələsi həll olunduqdan sonra “Qırmızı Kürdüstan” müxtariyyətini itirdi.

Qubadlı rayonu 1964-cü ildə müstəqil rayon olmuşdur. 31 avqust 1993-cü ildə Qubadlı şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Qubadlı rayonu əsasən dağlıq ərazidən ibarətdir. Bazarçay (Bərgüşad),  Həkəri, kiçik Həkəri, meydan dərəsi çayları çoxlu bulaqları olan rayondur.

1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlı əhalisi məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində (Qafan və Gorus) rayonları ilə həmsərhəd olan bu rayonun əhalisi min zəhmətlə ərşə gətirdikləri imarətlər, evlər, yollar, körpülər, bir sözlə hər şeyləri ermənilər tərəfindən dağıdılmışdır. İşğalçılar bu torpaqda daşı-daş üstündə qoymayıblar. Evləri söküb son daşına qədər aparmışdılar. Qubadlı həqiqətən viran edilmişdir.Lakin, İkinci Qarabağ Savaşında Cənab prezident İlham Əliyevin yürütdüyü siyasət və müzəffər ordumuzun əzmi və 2020-ci ilin oktyabrın 22-də başladılan hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad oldu. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Zəngilan rayonların işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlının azad edilməsi nəticəsində Qubadlı rayonunun 1 şəhər və 41 kəndi işğaldan azad edildi.

2020 ci il noyabrın 26-da Qubadlının işğaldan azad olunmasına görə medal təsis edildi. Qubadlı rayonunun işğaldan azad eilməsi uğrunda igidlik və şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ermənistan işğal etdiyi ərazilərin demək olarki, hamsında hərbi istehkam və hərbi bazalar qurmuşdur. Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdır. Xaricdə yaşayan ermənilərin pulu hesabına burada qəsəbə salınmış və başqa yerlərdən ermənilər köçürülmüşdür. Döyüşlər zamanı ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi qüvvələri yerləşdirilmişdir. Şəhərin azad olunması üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Yəni həmin yüksəkliklərdə düşmən ordumuzun mövqelərinə atəş açırdı. Ordumuzun peşəkarlığı və fədakarlığı nəticəsində həmin o strateji yüksəkliklər götürüldü. Xanlıq qəsəbəsi Padar, Sarıyataq, Mahmudlu kəndləri işğaldan azad edildi. 25 oktyabrda qüdrətli ordumuz şəhəridə düşməndən azad etdi.

2020-ci il 23 oktayabr tarixində Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Azərbaycan bayrağını Qubadlıda dalğalandırdı. Qubadlı uğrunda güclü döyüşlər getdi və ordumuz bir çox şəhidlər verdi. 44 günlük müharibə tarixində Qubadlının azad olunması böyük qələbənin müjdəsi idi. Qubadlı uğrunda Azərbaycan ordusunun polkovniki və 2-ci ordu korpusunun komandir müavini Şükür Həmidov qəhrəmancasına həlak olmuşdur.

 

Bakı Slavyan Universiteti

Abbasova Pərvanə

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki