image-1631737366646911163_1000x669backend

Qüdrət Həsənquliyev: Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu digər türk dövlətləri üçün də bir nümunədir

image-reklam_sirab_01

Anadolu türkləri ilə Azərbaycan türkləri eyni millətdir. Biz eyni genin daşıyıcılarıyıq. Yəni bizim düşüncəmiz, tariximiz, mədəniyyətimiz eynidir. Ona görə də bizim bir yerdə olmağımız təbiidir. Sözsüz, həm də bu dövlətlərin rəhbərlərindən çox şey asılıdır ki, bu xalqlar bir-birinə daha yaxın olsunlar. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu digər türk dövlətləri üçün də bir nümunədir.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Türk şəhidliyi” abidəsini ziyarət edərkən jurnalistlərə müsahibəsində deyib.

Partiya sədri bildirib ki, artıq bu gün Türkdilli Dövlətlər Şurası Türk Dövlətləri Birliyinə çevrilir. Bu bölgədə sülhə və təhlükəsizliyə töhfə verəcək, regionun inkişafına yol açacaq. Ticarət, humanitar, mədəni əlaqələr genişlənəcək. Dünyada türk dövlətlərinin səsi daha ucadan gələcək və eşidiləcək. Eyni zamanda hər bir dövlətə ayrıca hörmət olacaq.

“Bu yalnız ona görə baş verməyəcək ki, biz bir yerdəyik. Ona görə baş verəcək ki, bu dövlətlərin hər biri dünyada ədalətli siyasət yürüdür və haqqın tərəfindədir. Biz görürük ki, bu gün Türkiyə yoxsulların, haqqı pozulanların yanındadır və zalımlara qarşıdır. Ona görə də Türkiyənin nüfuzu dünyada ildən ilə artır, həmçinin iqtisadiyyatı inkişaf edir. Bizim bu qardaşlığımız, dostluğumuz dünya dövlətlərinə yaxşı bir nümunədir ki, onlar da türk dövlətləri ilə dostluq etsinlər. Ona görə ki, tarixən türk dövlətləri ədalətli davranıblar və tarix boyu öz qonşularına münasibətdə, onların maraqlarını, mənafelərini nəzərə alıblar”,- deyə Q. Həsənquliyev qeyd edib.

Deputat deyib ki, bu gün Türkiyə-Azərbaycan xalqlarının, dövlətlərinin yaxınlaşması regionda sülhə, təhlükəsizliyə ciddi töhfə vermiş olacaq və bütün region dövlətləri də bundan faydalanacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki