image-photo-2022-06-12-11-04-53backend

Qurtuluş tarixi və Böyük Xilaskar

image-reklam_sirab_01

XX əsrin 90 –cı illəri Azərbaycan tarixinin ən mürəkkəb ən təhlükəli illəri hesab edilir.Müstəqilliyə atılan ilk addımlar, bu addımların qarşısini almağa çalışan xarici və daxili qüvvələr eyni zamanda erməni quldurlarının fasiləsiz hücumları əsrin sonunda qazandığımız müstəqilliyə kölgə salırdı. Bir-birinin ardınca işğal olunan rayonların faciəsi və köçkün həyatı yaşamağa məhkum olunmuş vətəndaşlarımızın yaranan problemləri ilə yanaşı ölkə daxilində seperatizm meyillərinin artması respublikadakı vəziyyəti daha da gərginləşdirirdi.Çaşqınlıq içərisində qalan xalq qəti qərara gələrək Heydər Əliyevə çağırış etdi. 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verən böyük lider Bakıya qayıtdı və ölkəni bürüyən təhlükələrdən xilas etmək üçün geniş miqyaslı fəalliyyətə başladı.
1993-cü ildə respublikadakı vəziyyətə nəzər salsaq sosial-iqtisadi vəziyyətin ağırlaşdığını, dərin siyasi böhranın baş verdiyini, qiyamçı hərbi dəstələrin ölkənin müxtəlif bölgələrində fəallaşdığını və real təhlükəyə çevrildiyinin şahidi oluruq. 1993-cü il 4 iyun tarixində hakimiyyətdə olan hökümət qoşunlarının S.Hüseynovun qiyamçı dəstələrini zərərsizləşdirmək planı iflasa uğradı , hökumət qüvvələri məğlub oldu. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Hakimiyyətin qiyamçıların əlinə keçməsi təhlükəsi yarandı. Şimalda sadvalçı qrupların, cənubda Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini Ə.Hümbətovun özbaşınalıqları ,sonuncunun cəbhə bölgəsindən çıxardığı hərbi dəstələri cənuba apararaq Lənkəranda qanuni hakimiyyəti devirərək qondarma “Talış- Muğan Respublikası “ yaratdığını elan etməsi böyük bir xaos yaratdı.Ölkədaxili seperatizmi məhv etməyə və dövləti bu xaosdan xilas etməyə qadir olan yeganə şəxsiyyət böyük siyasətçi Heydər Əliyev idi.
Dahi Liderin Bakıya qayıdışı xalqın faciəsinə son qoydu. 15 iyun H.Əliyev Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçildi.Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoyan bu tarix Milli məclis tərəfindən 1997 –ci ildə “Milli Qurtuluş Günü” kimi elan olundu. Gəncə qiyamçıları ilə danışıqlar və cənubdakı separatçı qüvvələrin fəaliyyətinə son qoyulması Ulu Öndərin ölkəni düşdüyü ağir vəziyyətdən xilas etmək üçün xalqa müraciəti “Xalq-Heydər birliyinin” əbədi olmasını sübut etdi.
Qurtuluş hərəkatı davamlı inkişafa səbəb oldu.Ordu quruculuğunda islahatlar aparıldı,Dövlət Müdafiə Şurası yaradıldı.1994 –cü ilin may ayında atəşkəsə nail olmaq böyük siyasətçinin ən uğurlu siyasi taktikası oldu.Minlərlə şəhid qanına bulaşmış müharibənin dayanması olkənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb oldu.Əsrin müqaviləsi nin imzalanması ölkə büdcəsinin artmasına və iqtisadiyyatın davamlı inkişafına səbəb oldu.Azərbaycanın və onun böyük liderinin nüfuzu , dövlətin iqtisadi-siyasi inkişafı ölkənin rolunu dünyanın siyasi arenasında əhəmiyyətli dərəcədə artırdı.Beləliklə,Ulu Öndər olkənin müstəqilliyini qorudu,respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.
Allahverdiyeva Günay.
Nəsimi rayonu 247 № li tam orta məktəbin tarix müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki