image-4444backend

Qürurdoğuran yüksəliş, inkişaf və mütərəqqi islahatlar siyasəti

image-reklam_sirab_01

“Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm” sözləri dövlətimizin başçısının beynəlxalq səviyyədə yüksək ehtiramla qarşılanan siyasi lider olmasının təcəssümüdür.

İki il əvvəl Vətən müharibəsində torpaqlarımızın azad edilməsi isə möhtərəm İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin ən böyük təsdiqi kimi tariximizə həkk olundu. Cənab İlham Əliyev öz müdrikliyi ilə bu savaşa hazırlaşdı və tarixi məqamda ərazi bütövlüyümüzü bərpa etdi. Bu savaşda qalib olmaq üçün İlham Əliyev Azərbaycanın iqtisadi inkişafını təmin etdi, həyata keçirdiyi hərbi islahatlarla Silahlı Qüvvələrimizin döyüş imkanlarını ən modern səviyyəyə yüksəltdi. Ona görə də bu zəfər İlham Əliyevin inkişaf siyasətinin və mükəmməl hərbi islahatlarının nəticəsi kimi tarixə düşdü. Qürur hissi ilə qeyd etməliyəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl ordu quruculuğunun təcəssümü olan Naxçıvan Əlahiddə Ordunun bölmələri Vətən müharibəsində qəhrəmancasına döyüşdülər. Onların şəxsi heyəti öz igidlikləri ilə Vətən müharibəsinin salnaməsinə qəhrəmanlıq səhifələri yazdılar.

Vətən müharibəsinin başa çatmasından cəmi iki ildən bir qədər artıq müddət ötməsinə baxmayaraq, bu gün Azərbaycanın nümayiş etdirdiyi yeni inkişaf nümunələri gedilən yolun düzgünlüyündən xəbər verir. Pandemiyanın hələ tam olaraq aradan qalxmamasına baxmayaraq artıq iqtisadiyyatda müsbət göstəricilərimiz var və bütün bunlar cənab İlham Əliyevin inkişaf kursunun mühüm uğurlarıdır.

Ötən iki ilin ən böyük uğuru isə sözsüz ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. İki il uzun zaman kəsiyi deyil, lakin İlham Əliyevin qətiyyəti və iradəsi ilə bu dövrdə Qarabağ və Şərqi Zəngəzurda xarüqələr yaradılıb və bu proses sürətlə davam edir.

Hazırda Azərbaycanın enerji siyasəti yeni mərhələyə qədəm qoyur, bu sahədə Avropa ölkələri ilə əməkdaşlıq daha da genişlənir. Bütün bunlar, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpası, onların Azərbaycan iqtisadiyyatına inteqrasiyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və sosial-iqtisadi sferada əldə olunan müsbət göstəricilər ondan xəbər verir ki, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə respublikamızı qarşıda yeni uğurlar gözləyir. Bu yolda Prezident İlham Əliyevə uğurlar arzu edirik.

Cəbi QULİYEV,

Milli Məclisin deputatı,

Naxçıvan Gənclər Fondunun icraçı direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki