image-6cfc3e70-ad30-3f8a-8a07-cf06c1ddabb3_850backend

Quterreş Xirosimaya atom bombası atılmasının ildönümündə səfər edəcək

image-reklam_sirab_01

BMT-nin baş katibi Antonio Quterreş avqustun 6-da, atom bombası atılmasının ildönümündə iştirak etmək üçün Xirosima şəhərinə səfər etmək niyyətindədir.

O, bunu Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi iştirakçısı olan ölkələrin konfransının açılışında çıxışı zamanı deyib.

“Bir neçə gündən sonra mən Xirosimada, bəşəriyyət tarixində ilk nüvə bombardmanının ildönümündə olacağam. Sonra regionun digər ölkələrinə daha iki səfər edəcəyəm. Bu səfərlərin gündəmində nüvə silahlarının yayılmaması əsas mövzu olacaq”-deyə, o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki