image-reklam-veteninfo
image-img-20220314-wa0076backend

Ramil Həsən Antalya Diplomatiya Forumu: Ərdoğan Rusiya-Ukrayna probleminin qarşılıqlı həllində maraqlıdır” mövzusunda sualları cavablandırıb

image-reklam-veteninfo

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən ARB24 kanalının “Gündəm” proqramında Canlı Yayının qonağı olmuş, “Antalya Diplomatiya Forumu: Ərdoğan Rusiya-Ukrayna probleminin qarşılıqlı həllində maraqlıdır” mövzusunda sualları cavablandırmış, forumu analitik təhlil etmişdir.

Millət vəkili Ramil Həsən demişdir “Bu forum 3000-dən çox iştirakçı əhatə edən, Dünya liderlərinin, prezidentlərinin, Baş nazirlərin, hökümət nümayəndələrinin, Beynəlxalq təşkilatların və ümumilikdə 75 ölkənin nümayəndəsinin iştirakı və bilavasitə Rusiya-Ukrayna münasibətləri ilə bağlı müzakirələrin böyük bir platforma olaraq keçirildiyi Diplomatik məkandır. Yüksək səviyyədə 3 gün davam edən bu forumda bir çox istiqamətlərdəki mövzuların içərisində ən əsas və önəmli istiqamətlərdən biri də Rusiya-Ukrayna arasında mövcud münaqişə, eyni zamanda münaqişənin diplomatik yollarla həlli istiqamətində müzakirələr əsas predmetlərdən biri olmuşdur”. Deputatın forum haqqında əlavə fikirlərini aşağıdakı linkdən izləyə bilərsiniz.

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki