image-thumb-2backend

Ramil Həsən: Azərbaycan-Türkiyə qardaşlığı dost ölkələr tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, regionda marağı olan daiərələri ciddi narahat etməkdədir

image-reklam_sirab_01

   “Şübhəsiz bu gün dünyada baş verən qloballaşma prosesi   çərçivəsində  Azərbaycan-Türkiyə münasibətləri,  iki dost  ölkə arasında  qardaşlıq  əlaqələri   böyük   imkanlara malikdir. Əlbəttə ki,  burada ən önəmli faktor   budur ki, iki dövlətin   liderləri bilavasitə  Azərbaycan-Türkiyə  münasibətlərini sarsılmaz dostluq və  bundan  daha  yüksək səviyyəyə döğru inkişaf etdirərək  qardaşlıq münasibətlərinə  çatdırmaq üçün    misilsiz xidmətlər göstəriblər və bu gün də davam edir.  Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Onlar arasında gərginliklər mövcuddur.  Liderlərin oynadıqları rol,  dövlətini idarə edən, millətinə, ölkəsinə  rəhbərlik  edən şəxs olaraq bilavasitə şəxsi dostluq və qardaşlıq münasibətləri fonunda  dövlətlərarası münasibətlərin də yaxşılaşdırılması  Azərbaycan-Türkiyə münasibətlərində  mükəmməl bir örnəkdir. Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş  dövlətin, bir  millətin övladları olaraq   Azərbaycan Prezidenti İlham Əliyevə və  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana  minnətdar olmalıyıq.”

  Veteninfo.az xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən bildirib.

R.Həsən qeyd edib ki,  əlbəttə, bu sarsılmaz dostluq münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsinə keçirilməsi  və bu istiqamətdə atılan addımlar, həyata keçirilən müxtəlif formullu, müxtəlif çoxşaxəli  layihələr və əldə olunan   nəticələr bəzi dost,  qardaş ölkələr tərəfindən rəğbətlə  qarşılanmaqla bərabər,   regionda marağı, regionla bağlı öz planları, layihələri olan digər dövlətləri, qurumları, dünyada cərəyan edən proseslərdə  öz  mövqeyini ortaya qoymağa çalışan  daiərələri ciddi  şəkildə narahat etməkdədir.

“Əlbəttə ki, bunlara baxmayaraq Azərbaycan-Türkiyə münasibətləri  istər tarixi Zəfərimizdən öncə, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə çox uğurla inkişaf etməkdədir” söyləyən millət vəkili bu əminliyi də  ifadə edib ki, parlamentarilər də, qeyri-hökumət təşkilatları da, jurnalistlər də, ümumiyyətlə,  Azərbaycanın və  Türkiyənin gələcəyini  daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşımız bu istiqamətdə  dövlət başçılarımızın, liderlərimizin  həyata keçirdikləri  siyasətə  dəstək verməli,  öz üzərilərinə düşən  məsuliyyəti dərk edərək əllərindən gələni əsirgəməməli, müsbət addımlar atmalıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki