image-17backend

Ramil Usubov Azərbaycan və Türkiyənin təhlükəsizlik sahəsindəki əməkdaşlığından danışıb

image-reklam_sirab_01

“Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə baş tutan səfərin məqsədi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi idi. Azərbaycan Prezidentinin tapşırığı ilə mən dövlətlərarası və regional təhlükəsizlik məsələlərinin ən aktual gündəm mövzularını həmkarımla müzakirə etdim”.

Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

O qeyd edib ki, səfər müddətində Şuşa Bəyannaməsinin imzalanması ilə ölkə arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb: “Bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq, dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki