image-1backend

Ramin Məmmədov: Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir

image-reklam_sirab_01

Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfər çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunan görüşdə deyib.

O, görüşdə Azərbaycandakı sağlam dini mühit, nümunəvi birgəyaşayış ənənəsi haqqında danışaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, tolerant və multikultural dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlərə toxunub. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərə aid dini ibadət yerlərinin inşasına, dini abidələrin qorunmasına və bərpasına xüsusi diqqət göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu unikal tolerantlıq mühitinin möhkəmlənməsi, bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir.

Görüş iştirakçıları Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğıdan, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəklədiklərini vurğulayıblar.

Görüşdə ABŞ-nin Yuta ştatında fəaliyyət göstərən İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin Dinlərarası və Beynəlxalq əlaqələr üzrə direktorları Conatan Ammons, Castin Hardinq, Müsəlman İcması Mərkəzinin rəhbəri Salman Məsud, Efiopiya Pravoslav Kilsəsi icmasının rəhbəri Leul Mengistu, İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun rektoru Muxammadolim Muxamadsidikov, İmam Buxari Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin direktoru Şovosil Ziyodov iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki