image-3backend

Ramin Məmmədov: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını növbəti dəfə istiqlaliyyətini itirmək təhlükəsində xilas etdi”

image-reklam_sirab_01

“Müzakirə etdiyimiz qanun layihəsi tarixi əhəmiyyətli bir məsələyə həsr olunub. Mən də o fikirlə razıyam ki, dövlət müstəqilliyi hər bir xalqın tarixində əldə etdə bildiyi ən yüksək nailiyyətdir. Tarixi proseslərin gedişi elə gətirib ki, biz bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanına sahib olmuşuq. Biz dövlət müstəqilliyini əldə etmək, qorumaq və möhkəmlndirmək üçün mübarizə aparmış, şəhidlər vermiş bir xalqıq. Ona görə də müstəqillik bizizim üçün bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir”.
Veteninfo.az xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ramin Məmmədov bildirib.
Millət vəkili deyib ki,20-ci əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini elan etsə də məlum səbəblərdən onu qorumaq mümkün olmadı: “20-ci əsrin sonlarında biz müstəqiliyimizi yenidən bərpa edə bildik. Ancaq həmin dövrdə də onu itirmək təhlükəsi mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını növbəti dəfə istiqlaliyyətini itirmək təhlükəsində xilas etdi. Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu nəticəsi məhz dövlət müstəqilliyinin möhkəmləndirilməsi oldu. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində sözün tam mənasında müstəqil siyasət yürüdən ölkələrdən biri kimi qəbul olunur. Bu baxımdan, düşünürəm ki, dövlət müstəqilliyi bizim hər birimiz üçün son dərəcə dəyərli, dərin siyasi, tarixi məzmun daşıyan bir anlayışdır. “Müstəqillik Günü haqqında” qanun layihəsi bu günün mahiyyətini, onun Azərbaycan xalqının yaddaşındakı yerini və əhəmiyyətini daha dəqiq ifadə edir. Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, SSRİ-nin süqutu zamanı Azərbaycanla eyni vaxtda müstəqilliyini bərpa etmiş bir çox ölkələr, o cümlədən, Baltikyanı respublikalar bu tarixi məhz Müstəqilliyin bərpası günü kimi qeyd edirlər”.
Ramin Məmmədov vurğulayıb ki,o hesab edir ki, “Müstəqillik Günü haqqında” qanun layihəsi hüquqi, tairixi və siyasi anlamda olduğu kimi, həm də mənəvi kontekstdə keçdiyimiz yolu, əldə etdiyimiz uğurları dah dolğun ifadə edir: “İldönümünü qeyd etdiyimiz Vətən müharibəsi günlərində bu həm də ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqillyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna ehtiramı özündə ehtiva edir.
Mən də bütün həmkarlarımı layihəyə səs verməyə dəvət edirəm.
Diqqətinizə görə çox sağ olun”.

Zərri
Veteninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki