image-1backend

Reha Muhtarın keçirdiyi qəzanın təfərrüatları məlum olub – Oğlundan xəbər yoxdur

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi məşhur jurnalist Reha Muxtar evində yıxılaraq xəstəxanaya yerləşdirilib.

Vətəninfo.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, hadisə ilə bağlı səsləndirilən iddialar sosial mediada geniş yer alıb.

Belə ki, Muhtarın ayrıldığı həyat yoldaşı aktrisa Deniz Uğurun vəkili Feyza Altun müvəkkili Dəniz Uğur adına verdiyi açıqlamada Reha Muxtarın oğlu Poyrazın yanında həddindən artıq spirtli içki qəbul etdiyini və uşağın etirazına baxmayaraq avtomobil sürdüyünü iddia edib. Hadisə şahidlərinin sözlərinə görə, balıq restoranında baş verən hadisə zamanı Reha Muxtar ayaq üstə durmaqda çətinlik çəkib və yerə yıxılıb. Restoran rəsmiləri bu vəziyyəti təsdiqləsə də, Muxtarın spirt səviyyəsini müəyyən etmək üçün qan analizinin aparılacağı bildirilib.
Həmin gün övladından xəbər ala bilməyən Deniz Uğur, qəyyumluğu atasında olan oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat verib.

Lakin sonradan məlum olub ki, Poyraz Reha Muhtar və müğənni Nilufərin uşaq evindən övladlığa götürdüyü qızı Ayşe Nazlı Yumlu tərəfindən icazəsiz olaraq saxlanılır. Yumlu Poyrazı anasına təhvil verilməyəcəyini bildirib.

Aktrisa Deniz Uğur müğənni Nilüfer və qızına qarşı uşaq qaçırma ittihamı ilə məhkəməyə müraciət etməyə hazırlaşır.

Nəticə yoxdur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image