image-50ff448f-2fd0-3f19-855d-199e1644fc3f_850backend

Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb

image-reklam_sirab_01

Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələləri müzakirə ediblər.

Bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlarda prezidentlər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiriblər. Bu kontekstdə Emoməli Rəhmon və Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə işgüzar səfərlə gəlib və bu, liderlərin 2022-ci ildə ikinci təkbətək görüşü olub.

Qeyd edək ki, Rusiya dövlət başçısı iyunun 29-da Aşqabadda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək Xəzər sammitində iştirak edəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki