Müğənni Rəqsanə İsmayılova Moskvadakı mənzilindən oğurluq edən şəxsin əməlini etiraf etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, müğənni “Bizimləsən” verilişində həmin şəxsin tanınmış adam olduğunu deyib:
“Oğurluq edən şəxsin artıq ailəsi də bilir. O, oğurluq etdiyini Azərbaycanda boynuna alıb. Artıq vəkillərimiz Azərbaycana sorğu göndəriblər. Sorğunun dövlət qurumlarına təqdim edilməsini gözləyirik. Həyatda ona təəssüflənirəm ki, niyə həmişə insanın çörəyini yeyənlər ona badalaq vururlar.
Oğurluq edən şəxs çox tanınmış insandır. Onu bütün Azərbaycan tanıyır. Məndən başqa da bir çox insanlarla işləyib. Ayın 30-dək ona vaxt verirəm. Əgər sırğamı qaytarsa, onu hüquqi müstəvidə bağışalayacam və adını açıqlamayacam. Əks halda efirə çıxıb adını deyəcəm.
O, sırğa ilə yanaşı qızım Yağmurun brilliant üzüyünü və həyat yoldaşımın qızıl üzüyünü də götürmüşdü. Onları mənə qaytardı. Deməli, o, sırğalarımı Moskvada lombarda qoyub. Sırğanın biri ilə pul götürüb. Digəri ilə isə başqa vaxt pul götürüb. Sırğanın birini qaytarıblar, birini isə ödəniş gecikdiyinə görə lombard satıb. Bu sırğanı özüm almamışam, hədiyyədir”.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın evindən 218 min avro dəyərində sırğası oğurlanıb.