image-e0d8bea3-3c6f-3858-9d1e-812631c39435_850backend

Rəşad Sadıqov: “İlk matçdakı nəticəni unutmuşuq”

image-reklam_sirab_01

“Sabah bizi “Makkabi”yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir”.

Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İsraildə “Makkabi” (Təl-Əviv) komandasında qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis matça böyük istək və həvəslə hazırlaşdıqlarını bildirib: “Düşünürəm ki, komandamız ilk matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. İstərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, səfər görüşündən yaxşı nəticə ilə ayrılmaq niyyətindəyik”.

Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki