image-0d6d9d67-4738-4282-9808-bf59602b8cdebackend

Rəsmi İrəvan hərbi cinayətkardır

image-reklam_sirab_01

Rəsmi İrəvan hərbi cinayətkardır

Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər.

Dinc şəhərlərə qadağan olunmuş kasetli raketlərlə hücumlar hərbi cinayət hesab edilir. Ermənilərin xain cinayətləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim həzz almışdır. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır.

Son günlər rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində süni şəkildə gərginlik yaradır. Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşməsinə və bu proseslərin adi rejimdə, sistematik qaydada icra olunmasına baxmayaraq, qarşı tərəf məsələni siyasiləşdirərək təxribatçı mövqe sərgiləyir. “Ümumiyyətlə, ermənilərin sərhədlərin bərpası məsələsində təxribat yolunu seçməsi onların milli xislətindən, xarakterlərindən irəli gəlir. “Biz artıq öz həqiqətlərimizi dünyaya dərk etdirmiş, düşməni ağır şəkildə məğlub etmişik. Bu gün rəsmi Bakıda böyük üstünlüklər var. Hətta son vaxtlar müşahidə edirik ki, lazım gəldikcə Azərbaycan Ordusu hərbi dronlarını belə havaya qaldırır, aktiv təlimlərlə siyasi mesajlarını vermiş olur. Bu baxımdan hazırda Ermənistan nə edir-etsin, sonda biz deyən olacaq.

Nəsimi rayon sakini Hüseynli Billurə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki