image-irevanbackend

Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir

image-reklam_sirab_01

 

Rəsmi İrəvanın hərbi cinayətləri və siyasi təxribatları göz önündədir. Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışında qəti surətdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana beynəlxalq hüququ kobud şəkildə pozmasına görə heç bir təzyiq göstərilmədisə, cəzalandırılmadısa, əksinə təcavüzkar onu dəstəkləyən ölkələrdən hər cür maddi, hərbi yardımla təmin olundusa, bu halda beynəlxalq hüququn işlək vəziyyətdə olmasını dilə gətirmək mümkünsüz idi. Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli xarakterli hərbi təxribatlar törədirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bütün bunları əsla unutmaq olmaz, həmin qeyri-insani faktları bundan sonra da nəzərdə saxlamaq gərəkdir. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz. Prezident minalanmış ərazilər məsələsindən xüsusi olaraq bəhs edib O, deyib ki, ermənilər yüz minlərlə mina basdırıb, basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Müharibə başa çatandan sonra – 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparırErmənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar.

Azərbaycan Dövlət Pedaqoji Universiteti        Əhmədova Cavahir

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki