Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yalnız bu qış əmtəə bazarında ciddi tədarük böhranı olacağı təqdirdə neft hasilatını əhəmiyyətli dərəcədə artıracaq.
bu barədə məlumatlı mənbələrə istinadən “Reuters” yazıb.
Qeyd olunub ki, Əbu-Dabi və Ər-Riyad gündəlik neft hasilatını 2,0-2,7 milyon barel səviyyəsində artıra bilər.
“Nəzərə alsaq ki, bu qış Avropada qaz olmaya və Rusiya neftinə tavan qiymət tətbiq edilə bilər. Odur ki, biz indi hər barreli bazara çıxara bilmərik”-, mənbələrdən biri deyib.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərar qəbul edilib.
Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.
“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının sentyabrın 5-də keçirilməsi razılaşdırılıb.