image-media-img-20201126-wa0003-utk6oe97i3c2gxf48qba-583x460backend

Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, iflasa uğradılar

image-reklam_sirab_01

Putin-Bayden və Ərdoğan-Əliyev görüşündən sonra baş tutan Ermənistan seçkilərində Paşinyan qalibdir. Məlumdur ki, Paşinyanın xeyrinə seçki saxtakarlıqları oldu, elə Köçəryanın da. Telegramda yayılmış videolarda bu aydın görünür. Erməni xalqının reallıqda kimi dəstəklədiyini təxmin etmək olar, Bu Paşinyandır. Amma unutmayq ki, super güclərin regionumuzda Ermənistandan Paşinyanın seçilməsinə necə deyərlər “məsləhət” edilib. Bu da o deməkdir ki, coğrafiya həqiqətən yeni dönəmə addım atdı. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, iflasa uğradılar.

Bu fikirləri Newsmedia-ya politoloq Gülsel Səfərova bildirib. O qeyd edib ki, 6-lıq ittifaqın yaranması üçün zəmin var. Bu ittifaq baş tutduğu halda, dünyanın tam mərkəzindən alternativ və mütərəqqi strategiya həyata keçiriləcək. Beləliklə də siyasi düzənə müsbət dəyişiklik etmək mümkün olacaq. Azərbaycan Qərbin alternativ enerji təchizatçısı kimi çıxış edir, Yeni İpək Yolu layihəsinin mərkəzindərir, habelə beynəlxalq terrorizm siyasətində dünya güclərinə tam dəstəkdir.

Politoloqun sözlərinə görə, ümümi baxanda sözügedən siyasət 25 ildən çoxdur həyata keçirilir. Məlumdur ki, Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Üstəlik, İkinci Qarabağ müharibəsindəki üstünlüyümüz artıq Azərbaycanı böyük coğrafiyamızda söz sahibinə çevirməkdədir. O da vurğulanmalıdır ki, Türkiyə ilə sıx qardaşlıq bağımız bizi güclü etdiyi qədər də, qardaş ölkənin də regionda mövqeyini gücləndirir. Əlavə olaraq qeyd edim ki, uzun illər Azərbaycanın həyata keçidiyi neft strategiyası həm yaxın qonşularımızla münasibəti möhkəmləndirdi, həmdə Vətən müharibəsində tərəfdaşlarımızı hərəkətə gətirdi. Bu mənada yaranmış leyihimizə olan situasiyadan maksimum faydalanaraq regionumuzda iqtisadi-sosial mühiti abadlaşdırmaq qarşımıza qoyduğumuz əsas məqsədlərdən olacaq. Çoğrafiyamızda yeni düzənin yaranmasına sərf etdiyimiz təxminən 30 ili, 6-lıq formata sərf etməyəcəyimizi, bir o qədər gözləməyəcəyimizi düşünürəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki