image-komutanbackend

Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır

image-reklam_sirab_01

Ermənistan cəmiyyətində 44 günlük acı məğlubiyyətdən sonra revanşist fikirlər səsləndirilir: “Hətta Ermənistanın prezidenti Armen Sarkisyan bir qrupu müxalifətçi və siyasi fəalla görüşündə növbəti müharibənin süni intellektlə müşahidə olunan müharibə olacağını deyib. Belə aydın olur ki, ermənilər yenə də istək və arzularını, xəyallarını reallıq kimi qəbul edirlər.

44 Günlük müharibədə ordusu məhv olunan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi sadəcə gülünc doğurur. Müzəffər Azərbaycan Ordusu ermənilərin 30 ilə yaxın müddət ərzində qurduqları “keçilməz sədləri” 44 gündə darmadağın etdi, yüksək peşəkarlıqla, dünyada misli görünməmiş hərbi taktika ilə Ermənistan ordusunu məhv etdi .

44 günlük müharibə bütün həqiqətləri ortaya çıxardı: “Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. İstər iqtisadi baxımdan, istər informasiya müharibəsi baxımından, istərsə də beynəlxaq dəstək baxımından çarəsiz duruma düşdülər. Ermənistan nə qədər çalışsa da öz işğalçılıq siyasətinə beynəlxalq dəstək qazana bilmədi, heç bir güc Azərbaycanı haqlı davasından çəkindirə bilmədi, bir çox ölkələr isə Azərbaycanın haqlı mövqeyini dəstəklədi, hətta Ermənistanın BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək cəhdi də puça çıxdı.

Ordusu məhv olan bir ölkə qüdrətli Azərbaycandan necə revanş ala bilər?! Bu, revanş deyil, sadəcə intihar ola bilər”.

Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirir, hərbi qüdrətini daha da gücləndirir, ordunun peşəkarlığını daha da artırır. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xülyadır və onların sonu ola bilər. Yaxşı olar ki, ermənilər belə mənasız xülyalara qapılmaq əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünsünlər”

Prezident İlham Əliyev sentyabrın 28-də “France-24” televiziya kanalına verdiyi müsahibəsində postmüharibə dövrünün prioritetlərini daha detallı şəkildə açıqlayıb. Faktiki olaraq Prezident bu müsahibəsində dünyaya, xüsusi ilə həmsədr ölkələrə, dostlara, bədxahlara, habelə kapitulyasiya aktı imzalamış Ermənistana son mesajlarını çatdırıb.

Dövlət başçısının fikirlərindən çıxan nəticə ondan ibarətdir ki, əgər bölgə ilə bağlı maraqlı qüvvələr danışıqlar prosesindən danışırlarsa, Azərbaycan da sülh naminə danışıqların aparılması labüd hesab edir. Eyni zamanda Prezident mövqeyi ilə bir daha duyurub ki, danışıqlar dedikdə, söhbət heç bir halda olmayan “Dağlıq Qarabağ”dan, gorbagor olmuş “statusdan”, artıq başa çatmış münaqişədən getmir, bu, yalnız sülh, barış, regional inkişaf üçün danışıqlar və ona yönəlik təkliflərin müzakirəsi ola bilər.

Azərbaycan dövlətinin heç zaman kimsənin torpağında gözü olmayıb, heç zaman müharibə arzulamayıb. Azərbaycanın yeganə istəyi, tələbi işğal olunmuş torpaqların azad edilməsi olub. 30 ilə yaxın aparılan danışıqlar səmərəsiz olduğu və artıq Ermənistan növbəti dəfə azğınlaşdığı üçün 2020-ci ilin sentyabrın 27-də əks hücuma keçdik, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimiz konstitusion hüququndan istifadə edib, beynəlxalq normalar çərçivəsində davranıb, BMT qətnamələrini özü icra edib: Burada məqsəd ərazi bütövlüyünü, suverenliyini bərpa etmək idi, buna da nail olundu.

 

Bizi indi yalnız bölgədə sülh, əmin-amanlıq maraqlandırır və bunun daha sürətli olması üçün bütün normal təkliflərə, barışa, kommunikasiyaların açılmasına, əməkdaşlığa, dinc yaşayışa istiqamətlənən vasitəçilik missiyalarına müsbət yanaşırıq- deyə Prezident İlham Əliyev bildirib. Əgər bu qədər səmimiliyə rəğmən düşmən tərəfi revanş arzusunda olacağsa cavabını da layiqincə alacağı qaçınılmazdır. Unutmasınlar ki Dəmir Yumruq yerindədir . Bu dəfə düşmən tərəfindən əks hərəkət olunarsa yer üzündən silinəcəklər.

 

Allahverdiyeva Əfsanə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki