image-cad236fa-e1c2-3eee-b18a-8abc888ff1bb_850backend

Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün hər kəsi dua etməyə çağırıb

image-reklam_sirab_01

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

Bu barədə Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə çıxışı zamanı deyib.

“Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun”, – o bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Qazaxıstanda səfərdədir. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki