image-989dfa0d-492b-3aac-aea7-168302ae0e18_850backend

Ronaldunun “Atletiko”ya keçəcəyi ilə bağlı məlumat təkzib edilib

image-reklam_sirab_01

İspaniyanın “Atletiko” (Madrid) klubunun prezidenti Enrike Sereso Portuqaliya millisinin və İngiltərə “Mançester Yunayted”inin futbolçusu Kriştianu Ronaldunu transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildiirb.

Funksioner COPE-yə açıqlamasında xəbəri təkzib edib. O bildirib ki, 37 yaşlı hücumçunun Madrid təmsilçisinə keçidi, demək olar, mümkünsüzdür: “Bu hekayəni kimin uydurduğunu bilmirəm. Qətiyyən doğru deyil”.

Daha əvvəl təcrübəli forvardın UEFA Çempionlar Liqasında çıxış etmək üçün “qırmızı şeytanlar”ı La Liqa klubuna dəyişməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldunun “Mançester Yunayted”lə 2023-cü ilin yayınadək müqaviləsi var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki