image-reklam-veteninfo
image-6243bbe2c41826243bbe2c418316486061786243bbe2c417e6243bbe2c4180-1backend

“Rossiya” aviaşirkəti təyyarələrini yerli reyestrə daxil edib

image-reklam-veteninfo

“Rossiya” aviaşirkəti inventarında olan 125 təyyarəni yerli reyestrə daxil etdirib.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, istismar olunan bütün təyyarələr Rusiyanın yurisdiksiyasına keçirilib. Sənədləşmə Rusiya qanunvericiliyinə uyğun aparılıb. Rusiya sertifikatının alınması təyyarələrin fasiləsiz istismarına imkan verəcək.

Şirkətin balansında “Airbus” və “Boeing” tipli təyyarələr üstünlük təşkil edir. Bununla belə, xarici uçuşlar zamanı riski azaltmaq üçün yerli istehsal olan “Sukhoy Superjet-100” təyyarələrindən istifadə ediləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki