image-1backend

Ruhi Əliyeva əkizlərinin ad gününü belə qeyd etdi

image-reklam_sirab_01

“Candan ötə bir can daha varmış, onun adı övladmış… Doğrudan da bir uşaq doğulduqda bir ana dünyaya gəlmiş olur. Bu gün Muhəmmədimlə Həsənimin doğum günüdür. Övladlarımın dünyaya gəlişi ilə bütün həyatım gözəlləşdi. İlk dəfə səslərini eşidəndə və ya ilk yerişlərini gördükdə, “ana” sözünü eşitdikdə nə hisslər keçirtdiyimi hansı sözlərlə anlada bilərəm ki?”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb. O, əkizləri Muhəmmədlə Həsənin ad günü olduğunu vurğulayaraq, hisslərini izləyiciləri ilə bölüşüb:

“Hətta ilk qoxusunu da xatırlayıram. Heç bir gül-çiçək həmin qoxunu əvəz edə bilməzdi. Məhz həmin əsrarəngiz iy cənnətin qoxusu idi. Əziz övladlarım, illər ötür və siz gözlərim önündə böyüyürsünüz. Ana kimi arzularım o qədər çoxdur ki… Mən sizi daim sağlam, xoşbəxt və gülərüz görmək istəyirəm. Sizi görüm tələbə, əsgər, layiqli vətəndaş olun. İki qardaş daim bir-birinizə arxa-dayaq, sevinc və dərdlərinizə şərik olun. Vətəninizi, torpağınızı, xalqınızı və bayrağınızı sevin, bir sözlə əsl Azərbaycanlı olun. Mərdlik və kişilik həyat deviziniz olsun. Daim verdiyiniz sözə sahib çıxın, böyüklərə hörmət və ehtiram göstərin. Atanız kimi sadə və alicənab olmaqla insanlarla səmimi davranın. Bilin ki, sizin hər ikinizə damarlarınızda axan qanınız kimi yaxınam. Son nəfəsimədək sizi qoruyacağıma əmin olun. Ad gününüz mübarək! Sizi hamıdan və hər şeydən çox sevən ananız”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image