Veteninfo.az xəbər verir ki, “The Times” yazır ki, Ukraynada arktik küləklər rus avtomobillərini 40 tonluq dondurucuya çevirməkdədir.
Məlumata görə döyüş bölgəsində yaxın 20 gün ərzində tempraturun mənfi “0”ın altına düşəcəyi gözlənilir.
Analitiklərin fikrincə, soyuqlar Rusiyanın irəliləyişinə daha da mane olmağa başlayıb. Məlumata görə, işğalçı ordunun əsgərləri hərbi texnikaların içərisində ya maşınları qızdırmaqla isinməlidirlər,ya da Ukrayna çöllərində şaxtadan donmalı.
Artıq məlumatlara görə, havaların birdən birə sərt şəkildə soyması səbəbindən onlarla rus əsgəri donaraq ölüblər.


























