Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Veteninfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da Soçidə baş tutacaq.


























