image-cc3e921f-f1ef-3b83-9e86-f0b7d553bfd9_850backend

Rusiya bankları 3 ayda 339 filialını bağlayıb

image-reklam_sirab_01

Rusiya bankları ilin ikinci rübündə 339, birinci rübündə isə 429 əlavə ofisini bağlamalı olub.

Bu barədə Rusiya Mərkəzi Bankın saytında məlumat verilib.

Ən çox ofis (22) Sverdlovsk vilayətində bağlanıb. Bu baxımdan siyahıda ikinci yerdə Moskva (20), 3-4-cü yerlərdə isə Moskva vilayəti və Başqırdıstan (hər biri 18) qərarlaşıb. Əlavə ofislərin sayı yalnız Kalininqrad vilayətində (3 əlavə ofis açılıb) və Stavropol diyarında (1 əlavə ofis açılıb) artıb.

BKF bankının analitik departamentinin rəhbəri Maksim Osadçiy bildirib ki, ofislərin azalması əhali üçün bank xidmətlərinin əlçatanlığını azaldır və regional iqtisadiyyata mənfi təsir göstərir. Onun proqnozlarına görə, əlavə ofislərin ixtisarı prosesi üçüncü rübdə də davam edəcək.

“300-400 əlavə ofisin bağlanacağını proqnozlaşdırmaq olar”, – Osadçiy bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki