image-indirbackend

Rusiya düşməndir sözünü rahat deyin!!-ZAUR ƏLİYEV YAZIR

image-reklam_sirab_01

Bilirsinizmi ?
1920-ci ilin aprel ayında Bakını və Azərbaycanı işğal etməyə gələn rus əsgərlərinə ən güclü müqaviməti biz göstərmişik..

 

Dərbənddə Bakıya və Bakıdan Zəngəzur və Naxçıvana qədər hər addım başı bir rus əsgəri məhv edilib. Rusiya tarixçiləri özləri yazırlar ki, Rusiya yalnız 15 respublika içərisində Azərbaycanda ciddi müqavimət görüblər və hər qarış Azərbaycan torpağında bir rus əsgərinin qanı tökülüb..

20 yanvar 1990-cı ildə Bakıya yeridilən və əsas missiyası “erməniləri qorumaq” olan Rusiya ordusunun əsgərləri içərisində dinc əhaliyə silah qaldıran əsgərlərə qarşı müqavimət göstərilib, azərbaycanlılar tərəfindən təpədən dırnağa silahlı olan rus əsgərləri məhv edilib. Keçmiş SSRİ-də ən çox rus əsgəri məhz Bakı şəhərində onların qətilamlarının qarşını almaq istəyən Azərbaycanlılar tərəfindən öldürülüb. Rusiya tərəfi bunları ört basdır etmək üçün meyidləri dənizə atıb və onların adlarına saxta sənədlər düzəldiblər ki, guya hansısa ölkədə əməliyyata göndəriblər. .

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıya qarşı hərbi əməliyyatlar zamanı 366-cı alayın 20-dən çox hərbi qulluqçusu şəhərin müdafiəçiləri tərəfindən öldürülüb. Onların meyitləri 366-cı alayın döyüş maşınları üçün olan 6-cı boksunda partladılaraq izi itirmək üçün məhv edilib. Onların adına arxa tarixlə məzuniyyət sənədləri tərtib olunub və hal-hazırda onlar fərari kimi qeydiyyatdan keçiriliblər..

Bizim siyasətçilər və Facebook üzvləri tərəfindən Rus adı gələndə qorxan insanlar tariximizə baxsınlar…bu torpaqlarda Rusiya ən böyük itkilərini veriblər.. Bir azərbaycan əsgəri üç rus əsərinə bərabər olub.. Daha əvvəlki vaxt deyil ki, Rusiya hücuma keçəndə biz onlara əliyalın və adi tüfənglə qarşı duraq və ən zəif silahımız ola ola onları bu qədər məhv edək..Rus avtomatla ola ola biz qoşalüllə ilə bu qədər itki vermişik onlara…

İndi modern silahlarımız və peşəkar ordumuz var..Rusiya adı gələndə daha qorxmayın..
Rusiya düşməndir sözünü rahat deyin!!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki