image-6a4c82f2-0339-3cd0-ac1e-c5216b2c017b_850backend

Rusiya MN: Yerli PUA-ların əksəriyyəti tələblərə cavab vermir

image-reklam_sirab_01

Rusiyada istehsal olunan pilotsuz təyyarələrin əksəriyyəti taktiki və texniki tələblərə cavab vermir.

bunu Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndəsi polkovnik İqor İşşuk “Pilotsuz nəqliyyat vasitələri texnologiyalarının inkişaf perspektivləri” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib.

“Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları üçün müvafiq taktiki-texniki tələblər hazırlayıb. Əksər istehsalçılar isə təəssüf ki, onları yerinə yetirmək iqtidarında deyillər. Əsas problem element bazasındadır”, – MN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar hərbi idarə sadələşdirməyə, əlavə razılaşmalara, PUA-ların eksperimental rejimdə istismara qəbuluna məcburdur.

Bundan əvvəl xarici KİV-lər Rusiyanın Ukraynada döyüşmək üçün İranın pilotsuz uçuş aparatlarını aldığını yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki