image-reklam-veteninfo
image-rusbackend

Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı-XANKƏNDİNDƏKİ SÜLHMƏRAMLILARLA BAĞLI

image-reklam-veteninfo

Bu ilin yanvarında Rusiya sülhməramlıları humanitar yüklərin, Amaras monastırını ( Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir.Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur.) ziyarət edən zəvvarların, demarkasiya xəttində patrulun aparılmasını və ərazinin minalardan təmizlənməsini təmin ediblər.
Veteninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycanın Əsgəran, Ağdərə,Xocavənd  rayonlarında bir ay ərzində fəaliyyətlərinə yekun vurub.
yayılan xəbərdə deyilir ki, sülhməramlılar tərəfindən 30-dan çox humanitar aksiya təşkil olunub, bu aksiyalar zamanı 500 kq-dan çox humanitar yük məcburi köçkünlərə və imkansız ailələrə, o cümlədən çoxuşaqlı ailələrə paylanıb.

Məlumatda deyilir ki, sülhməramlı kontingent atəşkəs və hərbi əməliyyatlar üzrə əldə olunmuş razılaşmaların icrasına nəzarət vəzifələrini yerinə yetirməkdə davam edir. Məsuliyyət sahəsində heç bir qanun pozuntusu qeydə alınmayıb, kiçik insidentlər birgə səylərlə yerlərdə aradan qaldırılıb.Sülhməramlılar həmçinin 300-ə yaxın zəvvarın müşayiəti və təhlükəsiz səfərlərini təmin ediblər.
Humanitar Cavab Mərkəzi məcburi köçkünlərə və aztəminatlı ailələrə, o cümlədən çoxuşaqlı ailələrə yardım məqsədilə 10 aksiya həyata keçirib. 500 kq-dan çox humanitar yardım verilib.
Yanvar ayında Humanitar Cavab Mərkəzinə yerli sakinlərdən 109 müraciət daxil olub, onlardan 28-i telefonla.
Son bir ayda kənd təsərrüfatı və təmir-bərpa işlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 31 gediş-gəliş həyata keçirilib. Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının köməyi ilə Azərbaycanın  Xocavənd  rayonunun Çartar və ona yaxın kəndlərin sakinləri üçün mərkəzləşdirilmiş su təchizatı sisteminin tikintisi və çəkilişinə başlanılıb.
Ərazinin və obyektlərin təmizlənməsi, partlamamış hərbi sursatların məhv edilməsi istiqamətində də işlər davam etdirilir.
Bu günədək 1937 tikili yoxlanılıb, 690 km yol və 2331 hektar ərazi təmizlənib, 26176 partlayıcı obyekt aşkar edilərək məhv edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki