Rusiya hava hücumundan müdafiə qüvvələri son sutka ərzində ölkə səmasında 426 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məhv edilən dronlardan 120-si Moskva vilayəti ərazisində zərərsizləşdirilib.
Moskva meri Sergey Sobyanin də şəhər və region üzərində çoxsaylı dronların vurulduğunu bildirib.


























