image-4789f5b2-f82a-3496-901c-3e567c4d6883_850backend

Rusiya stolüstü tennis üzrə dünya çempionatına buraxılmayıb

image-reklam_sirab_01

Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının komandalararası dünya çempionatına buraxılmayacağını təsdiqləyib.

Bu barədə qərar İcraiyyə Komitəsinin İsveçin Malmö şəhərində keçirilən iclasında qəbul edilib.

Çinin Çenqdu şəhərində keçiriləcək turnir sentyabrın 30-da başlayacaq və oktyabrın 9-dək davam edəcək.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ardından fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək rusiyalı və belaruslu idmançıları heç bir yarışa buraxmamağı tövsiyə edib.

Bundan sonra müxtəlif beynəlxalq idman təşkilatları Rusiya və Belarus idmançılarını yarışlardan uzaqlaşdırmağa başlayıb. BOK prezidentinin sözlərinə görə, bu kənarlaşdırmanın müddəti hələ də açıqdır. Eyni zamanda, Rusiyada keçirilməli olan böyük beynəlxalq yarışlar ya Rusiyanın əlindən alınıb, ya da ləğv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki