“Ruben Vardanyan Kremlin adamıdır, o, Qarabağa Rusiyayönlü fon yaratmaq üçün göndərilən milyarderdir”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri “Milli Demokratik Qütb” partiyasının rəsmisi Vaqe Qasparyan erməni mətbuatına bildirib.
O, həmçinin Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyinə əminliyini ifadə edib.
Qasparyanın fikrincə, Azərbaycan onların qalma müddətinin uzadılmasına razılıq verməyəcək.Bizim.Media