image-8e7bb8ba-7bc6-3408-963b-7c5736b57ec1_850backend

Rusiya telekanalı Ukrayna klublarının avrokubok oyunlarını yayımlamayacaq

image-reklam_sirab_01

Rusiyanın “Matç TV” telekanalı Ukrayna klublarının avrokuboklarındakı oyunlarını canlı yayımlamayacaq.

bu barədə telekanalın baş prodüseri Vasili Konov yerli mətbuata açıqlama verib.

O bildirib ki, hazırkı vəziyyətdə federal kanalın efirində Ukrayna təmsilçilərinin iştirakı ilə keçirilən oyunları göstərmək düzgün deyil: “UEFA ilə əla münasibətimiz var. Heç bir halda avrokubokların nümayişini azaltmağı planlaşdırmırıq, oyunları mümkün qədər göstərəcəyik”.

Qeyd edək ki, daha əvvəl Avropa futbol qurumunun Ukraynadakı müharibə səbəbindən “Matç TV” ilə müqaviləni pozmaq niyyətində olduğu bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki