image-743bffe3-811e-3720-a309-aed41095baf9_850backend

Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub

image-reklam_sirab_01

Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.

Bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb:

“Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki