image-bdef3f12-352c-317a-8ec3-1a068452cfda_850backend

Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var

image-reklam_sirab_01

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətində sərnişin qatarına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verilir.

“Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, (hücum zamanı -red) 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıdıb”, – dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

“Biz mütləq işğalçıları etdikləri hər şeyə görə cavab verməyə məcbur edəcəyik. Və biz mütləq işğalçıları öz torpaqlarımızdan qovacağıq”, – Prezident əlavə edib.

Daha əvvəl bildirilib ki, zərbə nəticəsində azı 50 nəfər xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki