image-43f0537f-52cf-3ac6-bbe7-52cb43ae8196_850backend

Rusiyada yataqxanada yanğın zamanı 8 nəfər ölüb, xəsarət alanlar var

image-reklam_sirab_01

Rusiyanın paytaxtı Moskvanın cənubunda, Alma-Atı küçəsində yerləşən yataqxanada 100 kvadratmetr sahədə yanğın olub.

Veteninfo xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

“Alma-Atı küçəsi, bina 7, 2-vi korpusun 2-ci mərtəbəsindəki yataqxanada yanğın baş verib. Alov 100 kv.m sahəni əhatə edib”, – agentliyin həmsöhbəti bildirib.

Mənbə bildirib ki, yanğın otaqların icarəyə verildiyi birinci mərtəbədə başlayıb. Hazırda yanğının qarşısı alınıb.

“Hazırda 8 nəfərin öldüyü müəyyən edilib, daha 3 nəfər həkimlər tərəfindən müayinə olunur. Dağıntıların təmizlənməsi davam edir”, – mənbə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki