Külli miqdarda dələduzluqda və qanunsuz sahibkarlıqda təqsirli bilinən Sədi Nəcimətdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, Sədi Nəcimətdinov dələduzluqda və qanunsuz sahibkarlıqda ittiham olunub. Sədi Nəcimətdinov cinayət təqibi orqanından gizləndiyinə görə, barəsində beynəlxalq axtarış elan edilib. Sədi Nəcimətdinov Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin martında barəsində həbs qətimkan tədbiri seçilib.
Sədi Nəcimətdinov ötən il dekabrın 22-də Rusiyadan Azərbaycana gətirilib.


























