image-ad622c4d-03b2-399c-ab51-23d3d5f08770_850backend

Rusiyanın İjevsk şəhərində atışmada ölənlərin sayı 17 nəfərə çatıb

image-reklam_sirab_01

Rusiyanın İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak olub.

Bi barədə Udmurtiya hakimiyyəti Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında 88 saylı məktəbdə olub. Keçmiş şagird təhsil müəssisəsinə daxil olaraq məktəblilərə atəş açıb. Hücumun qurbanları məktəblilər, o cümlədən birinci sinif şagirdləri, mühafizəçilər və müəllimlər olub.

Atəş açan şəxs intihar edib.

Daha əvvəl silahlı insident zamanı 11-i uşaq olmaqla, 15 nəfərin öldüyü bildirilib.

Həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki