Azərbaycanlı məşhur yumorist İdrak Mirzəlizadənin Rusiyanı tərk etməsi ilə bağlı qərar qəbul olunub.
Veteninfo.az rus mətbuatına istinadən xəbər verir ki, ruslarla bağlı etdiyi zarafata görə 10 sutkalıq həbs edilən yumoristin ölkəni tərk etməyəcəyi təqdirdə deportasiya olunacağı bildirilib.
“İdrak Mirzəlizadə ictimai çıxışında rus millətindən olan insanlara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələr səsləndirib. Bununla əlaqədar, onun Rusiya Federasiyası ərazisində olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni mənafelərini təhdid etmək kimi qiymətləndirilib. Onun Rusiyada qalması arzuolunmazdır. Buna görə də Mirzəlizadə ölkəni tərk etmək məcburiyyətindədir. Əks halda deportasiya edilə bilər” deyə, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.